Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan təyyarəsi İsrailə kömək üçün göndərildi

14:10, 25.11.16
azerbaycan, hadise
Azərbaycan təyyarəsi İsrailə kömək üçün göndərildi

İsrail hökumətinin müraciəti əsasında prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "BE-200ÇS" amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri aparılıb.

Xeberpress.az xəbər verir ki, FHN-dən APA-ya verilən məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrailə yola düşüb.

---------

10:37

İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla