Valyuta məzənnəsi
Xəbər lentİ

Dilqəm Əsgərovun ailəsinə göndərdiyi məktubları başqası yazırmış

12:19, 25.11.16
azerbaycan, hadise
Dilqəm Əsgərovun ailəsinə göndərdiyi məktubları başqası yazırmış

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov mətbuata verdiyi açıqlamada qardaşının yazdığı məktublara şübhə etdiyini deyib. Onun sözlərinə görə, Dilqəm Əsgərovun Beynəxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə ailəsinə göndərdiyi məktublar başqası tərəfindən yazılır.

Xeberpress.az xəbər verir ki, azvision.az BQXK ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənib. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, məktubların girovlardan alınması və ailələlərə çatdırılması prosesi BQXK-nın müvafiq qanunlarına əsasən həyata keçirilir: "Məktublar birbaşa olaraq onu yazan şəxsdən alınır və ailələrə çatdırılır",- deyə İ. Hüseynova vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb. Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla