Valyuta məzənnəsi
Xəbər lentİ

Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutuldu

10:41, 05.08.22
azerbaycan, bolge
Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xeberpress.az Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla