Valyuta məzənnəsi
Xəbər lentİ

Düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi

11:45, 18.07.22
azerbaycan, bolge
Düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi

Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib.

Xeberpress.az Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib.

Plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla