Valyuta məzənnəsi
Xəbər lentİ

Vətən müharibəsi iştirakçısının iddiası ilə bağlı DİN-in açıqlaması

12:38, 14.07.22
azerbaycan, cemiyyet
Vətən müharibəsi iştirakçısının iddiası ilə bağlı DİN-in açıqlaması

Daxili İşlər Nazirliyi Vətən müharibəsi iştirakçısının iddialarına aydınlıq gətirib.

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayonun icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən guya təzyiqə məruz qaldığını bildirib.

Xeberpress.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir.

Z.Hüseynov məlumat üçün bildirib ki, K.Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub: “Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilmiş, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilmiş və maddi yardım ayrılmışdır. Bütün bunlara baxmayaraq K.Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirmişdir. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmamışdır. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılmış, izahlar verilmişdir. Bundan sonra K.Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməmiş, əksinə ona diqqət və hörmətlə yanaşılmışdır”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla