Valyuta məzənnəsi
Xəbər lentİ

Qarabağda 586 hektar ərazi minadan təmizlənib

14:22, 13.07.22
azerbaycan, bolge
Qarabağda 586 hektar ərazi minadan təmizlənib

Azad edilmiş ərazilərdə ötən həftə 586 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Xeberpress.az ANAMA-nın məlumatına əsasən bildirir ki, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 5 mina və 264 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 586 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla