Valyuta məzənnəsi
Xəbər lentİ

Mədəniyyət naziri Anar Kərimov ABŞ səfiri ilə görüşüb

11:22, 08.07.22
azerbaycan, medeniyyet
Mədəniyyət naziri Anar Kərimov ABŞ səfiri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb.

Xeberpress.az nazirliyin məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan Respublikası və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı həyata keçirilən layihə və tədbirlərdən söhbət açılıb.

Bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin və mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd edən Anar Kərimov bildirib ki, sözügedən səfər mədəniyyət sahəsində birgə əməkdaşlığa böyük töhfələr verəcək.

Səfirliyin ölkəmizdə tarixi-mədəniyyət abidələrinin bərpasına göstərdiyi dəstəyi xüsusi vurğulayan nazir bu münasibətlərin davamlı olacağına inamını ifadə edib. Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edən Anar Kərimov bu kampaniya çərçivəsində də ABŞ-la əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberqer Azərbaycanda işlədiyi dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla