Valyuta məzənnəsi
Xəbər lentİ

KİŞİnin xanımı qaçmaz sənin kimilərdən... - Alim Qasımovun Kərimə cavabı

13:21, 06.07.22
azerbaycan, maqazin
KİŞİnin xanımı qaçmaz sənin kimilərdən... - Alim Qasımovun Kərimə cavabı

Müğənni Kərim Abasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə bu dəfə Xalq artisti Alim Qasımov reaksiya verib.

Xeberpress.az Axşam.az-a istinadən xəbər verir ki, xanəndə sosial şəbəkədə "show_news" səhifəsində bununla bağlı paylaşılan yazıya şərh yazıb.

"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." deyə, A.Qasımov yazısında qeyd edib.

Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbullanıb oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?" sözlərinə görə, tənqid olunmuşdu.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla