Valyuta məzənnəsi
Xəbər lentİ

Polisə xəsarət yetirilməsi faktı ilə bağlı cinayət işi başlandı

13:15, 04.07.22
azerbaycan, hadise
Polisə xəsarət yetirilməsi faktı ilə bağlı cinayət işi başlandı

Polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Xəbər verildiyi kimi, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə getmişlər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirmişdir. O, hadisə yerindən qaçsa da atası saxlanılmışdır. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülmüşdür.

Xeberpress.az Baş Prokurorluğun məlumatına əsasən bildirir ki, faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40 ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və 3 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülmüşdür.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla