Valyuta məzənnəsi
Xəbər lentİ

Bir ananın faciəsi - 5 uşağı da öldü

14:52, 17.11.16
azerbaycan, hadise
Bir ananın faciəsi - 5 uşağı da öldü

"İndi ən böyük arzum odur ki, uşaqlarım sağ qalsınlar, yaşasınlar".

Xeberpress.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Bakıda beşəm uşaq dünyaya gətirmiş paytaxt sakini Aysel Əzimzadə bildirib.

A.Əzimzadə doğuşdan sonra özünü çox yaxşı hiss etdiyini, analıq hissi yaşamasına çox sevindiyini və hazırda yalnız övladlarının sağ qalmasını istədiyini deyib:

"Bir dənə onu arzulayıram ki, salamat qalsınlar. Uşaqları yalnız doğuş ola-ola görmüşəm. Hamısını. Amma doğuşdan sonra görməmişəm".

Aysel xanım sağ qalarsa, övladlarına hansı adı qoyacağını belə açıqlayıb: "Qızıma anam Tamam xanımın adını qoyacağam. O birilərini isə hələ bilmirəm. Təki sağ qalsınlar, yaşaşınlar".

A.Əzimzadə Perinatal Mərkəzdən və həkimlərindən razılığını bildirib: "Beş uşağı dünyaya gətirmək çox çətin bir şey idi. Amma doktor Zəhra xanıma, baş həkim Sevinc xanıma, bütün kollektivin hamısına təşəkkür edirəm! Hamısı mənə çox yardımçı oldular. Hamısı da doğuşda iştirak ediblər".

Xatırladaq ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində Respublika Perinatal Mərkəzində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Lakin ananın bu sevinci uzun çəkməyib. Belə ki, uşaqlar doğuşdan qısa müddət sonra tələf olublar. Qeyd edək ki, Aysel Əlizadə bu açıqlamanı verəndə uşaqlarin tələf olmasından xəbərsiz olub.

***

Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib.

Onun sözlərinə görə, bu, ananın 2-ci hamiləliyi olub.

Direktor qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar:

“Ana ikinci hamiləliyə dərmanlar vasitəsilə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim Mehman Həmzəyevin xəstəsi olub. Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan anan qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb və lazımi yardım göstərilib.

Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib, ananın vəziyyətinin stabilləşməsinə istiqamətində iş görülüb. Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölüb. Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Bundan sonra ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla