Valyuta məzənnəsi

Deputatlarla jurnalistlərin futbol oyunu

10:35, 20.06.22
azerbaycan, cemiyyet
Deputatlarla jurnalistlərin futbol oyunu

Deputatlarla I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib.

Xeberpress.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən bildirir ki, iyunun 19-da Milli Məclisin deputatları ilə I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında Zəfər Kubokunun final oyunundan öncə yoldaşlıq matçı keçirilib.

Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıblar, belə turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Daha sonra isə Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib.

Yoldaşlıq görüşündə deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını isə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.

"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.Oyunu izləyənlər arasında şəhid jurnalistlərin ailə üzvləri də olub.

Tədbirdə qeyd olunub ki, bu cür yoldaşlıq matçları müharibə veteranlarına və Zəfər kubokuna verilən dəyərin təzahürüdür.

Deputatlarla jurnalistlərin futbol oyunu
Deputatlarla jurnalistlərin futbol oyunu

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla