Valyuta məzənnəsi

Bakıda 31° isti olacaq - HAVA

13:31, 18.06.22
azerbaycan, cemiyyet
Bakıda 31° isti olacaq - HAVA

Ölkə ərazisində iyunun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xeberpress.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22°, gündüz 27-31° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla