Valyuta məzənnəsi

52 cinayətin üstü açılıb

10:45, 18.06.22
azerbaycan, cemiyyet
52 cinayətin üstü açılıb

İyunun 17-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Xeberpress.az DİN-in mətbuat xidməti idarəsinin məlumatına əsasən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla