Yükləmə gedir gözləyin...
45 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) iyunun 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Xeberpress.az DİN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 51 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 64 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Oxşar xəbərlər: