Valyuta məzənnəsi

Əhmədlidə yanğın söndürüldü

11:37, 17.06.22
azerbaycan, hadise
Əhmədlidə yanğın söndürüldü

Əhmədlidə yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Xeberpress.az FHN-in Mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla