Valyuta məzənnəsi

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi

10:28, 17.06.22
azerbaycan, siyaset
“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub.

Xeberpress.az Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla