Valyuta məzənnəsi

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibə

11:55, 13.06.22
azerbaycan, medeniyyet
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibə

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 28 iyun saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

Xeberpress.az DİM-in məlumatına əsasən bildirir ki, 13 iyun 2022-ci il tarixindən 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 1-i B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması və Meşələrin İnkişafı Xidmətlərinin rəisi vəzifələridir.

Ümumilikdə isə İqtisadiyyat Nazirliyində 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 2, Energetika Nazirliyində 2, Dövlət Turizm Agentliyində 2, Qida Təhlükəsizliyi Agentliyində 1, Maliyyə Nazirliyində 1, Audiovizual Şurada 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 iyun 2022-ci il tarixindən 28 iyun 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla