Valyuta məzənnəsi

"Atletika hamı üçün" tədbiri keçiriləcək

13:07, 11.06.22
azerbaycan, idman
"Atletika hamı üçün" tədbiri keçiriləcək

Bakı Konqres Mərkəzinin qarşısında "Atletika hamı üçün" tədbiri keçiriləcək.

Xeberpress.az xəbər nazirliyin məlumatına əsasən xəbər verir ki, “İdman hamı üçün” layihəsi çərçivəsində, Bakı Konqres Mərkəzinin qarşısında “Atletika hamı üçün” tədbiri keçiriləcək.

İyunun 12-də, saat 10.30-dan 11.30-dək davam edəcək tədbirə hər kəs qoşula bilər.

“Atletika hamı üçün” layihəsinin proqramına yerindən uzunluğa tullanma, tibbi topun atılması (uşaqlar 1 kq, qadınlar 2 kq, kişilər 3 kq), 30 metr məsafəyə qaçış, ailə estafeti və uşaqlar üçün “vorteks atışı” daxildir.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd, atletika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla