Valyuta məzənnəsi

Bekhem həyat yoldaşına sürpriz etdi

13:03, 10.06.22
azerbaycan, maqazin
Bekhem həyat yoldaşına sürpriz etdi

Bruklin Bekhem evlilik andını qoluna döydürüb.

Xəbər verdiyimiz kimi, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin aprelin 9-da amerikalı milyarder Nelson Peltzin qızı Nikola Peltzlə evlənib.

Bruklin həyat yoldaşına maraqlı sürpriz edib. O, evlilik andını qoluna döydürüb. Həmin döymədə qeyd edilib:

"Nikola, dəhlizdən aşağı doğru gedərkən nəfəsim kəsilir. Bu gecə və hər zaman çox gözəl görünürsən. Həyatımda başıma gələn ən gözel şey sənə sahib olmaqdır. Çünki sən məni bugünkü adam etdin. Bu anı uzun zamandır gözləyirdim. Ən yaxşı ər, həyat yoldaşı, kişi olacağıma, hər zaman səninlə maraqlanacağıma, səni güldürəcəyimə, güvəndə hiss etdirəcəyimə və ən önəmlisi sevəcəyimə söz verirəm" deyə, döymədə qeyd olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla