Yükləmə gedir gözləyin...
NATO və Aİ ölkələri hava məkanını Lavrovun üzünə bağladı
Avropa İttifaqının hava məkanı Lavrovun təyyarəsi üçün bağlanıb.
Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanını bağladığı üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyaya uça bilməyib.
Xeberpress.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində bildirib:
“Siz kanalların açılmasından danışırsınız, amma 1 saat əvvəl Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı.
Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağladı” – deyə Zaxarova bildirib.
Oxşar xəbərlər: