Valyuta məzənnəsi

İlk gün veteran cüdoçularımız 6 medal qazanıblar

10:45, 03.06.22
azerbaycan, idman
İlk gün veteran cüdoçularımız 6 medal qazanıblar

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatının birinci günündə 6 medal qazanıblar.

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatı start götürüb.

Xeberpress.az nazirliyin məlumatına əsasən bildirir ki, veteran cüdoçularımız qitə çempionatının birinci yarış gününü 6 (2 qızıl, 2 gümüş və 2 bürünc medal) medalla başa vurublar. Belə ki, qızıl medalları komandamızın aktivinə 90 kiloqram çəki dərəcəsində Fərhad Rəcəbli (M7) və Mübariz Cəfərov (M5) yazdırıblar. Müşviq Cəfərov (M5, 73 kq), Qabil Qasımov (M6, +100 kq) gümüş, Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81kq) bürünc medal qazanıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla