Valyuta məzənnəsi

Gənclər Fondu 1️0️ illik yubileyini qeyd edir - Hər zaman gənclərlə, gənclər üçün!

12:02, 25.05.22
azerbaycan, cemiyyet
Gənclər Fondu 1️0️ illik yubileyini qeyd edir - Hər zaman gənclərlə, gənclər üçün!

Azərbaycan Respublikasının Gənclər Fondu 1️0️ illik yubileyini qeyd edir!

Xeberpress.az Fondun məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu 1️0️ illik yubileyini qeyd edir və bu münasibətlə əyləncə və konsert proqramı təşkil edir.

Fondun məlumatında qeyd edilir:

"Ötən 10 ildə vətənpərvər, savadlı, yenilikçi gənc nəslin formalaşmasında göstərilən səylər, qazanılan nailiyyətlərin hər biri sizin - gənclərin sayəsindədir.

Məhz bu önəmli günü sizinlə birlikdə qeyd etməkdən böyük məmnunluq hissi duyuruq!

Əziz gənclər, 27 may tarixində saat 14:00-da başlayacaq, əyləncə və konsert proqramı ilə dolu tədbirə hər biriniz dəvətlisiniz!

Ünvan: Dənizkənarı Milli Park (Azərbaycan Dövlət Kukla Teatrının arxası)

Hər zaman gənclərlə, gənclər üçün!"

Xeberpress.az gənclərin arzu-xəyallarını gerçəkləşdirən Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov başda olmaqla, Fondun bütün əməkdaşlarını 10 illik yubiley münasibəti ilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar, yeni-yeni nailiyyətlər arzu edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla