Yükləmə gedir gözləyin...
İTV-nin Baş direktoru seçildi
İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib.
Xeberpress.az İTV-dən verilən məlumata əsasən bildirir ki, Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilib.
Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.
Oxşar xəbərlər: