Valyuta məzənnəsi

41 yaşlı alim Emil İsgəndərli intihar edib

11:33, 24.05.22
azerbaycan, hadise
41 yaşlı alim Emil İsgəndərli intihar edib

AMEA-nın 41 yaşlı alimi Emil İsgəndərli dərman qəbul edərək intihar edib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.

Xeberpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kevkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla