Yükləmə gedir gözləyin...
40 nəfər şübhəli saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Xeberpress.az DİN-in mətbuat xidməti idarəsinin məlumatına əsasən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılmışdır.
Oxşar xəbərlər: