Valyuta məzənnəsi

Qabiliyyət imtahanı üçün qeydiyyat davam edir - DİM

11:44, 23.05.22
azerbaycan, medeniyyet
Qabiliyyət imtahanı üçün qeydiyyat davam edir - DİM

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir.

Xeberpress.az DİM-in məlumatına əsasən bildirir ki, qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat 27 may saat 23:59-dək davam edəcək.

Ali təhsil müəssisələrinin (V qrup) və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Diqqət: Abituriyent təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin, hər hansı 1-i üzrə qeydiyyatdan keçə bilər. O cümlədən, abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər.

Diqqət: Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək istəyənlər də göstərilən tarixədək http://eservices.dim.gov.az/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla