Yükləmə gedir gözləyin...
Qarabağda 413 hektar ərazi minadan təmizlənib
Həftə ərzində 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan Xeberpress.az-a bildiriblər ki, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd edilib ki, həftə ərzində 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Oxşar xəbərlər: