Valyuta məzənnəsi

Vüsal Hüseynov ilə BMT Baş Assambleyasının prezidenti görüşüb

11:45, 21.05.22
azerbaycan, iqtisadiyyat
Vüsal Hüseynov ilə BMT Baş Assambleyasının prezidenti görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.

Xeberpress.az DMX-ın məlumatına əsasən bildirir ki, 20 may 2022-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib. Görüşdə həmçinin Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Nümayəndəliyin əməkdaşları da iştirak edib.

Görüş zamanı Xidmət rəisi BMT Baş Assambleyasının prezidentinə beynəlxalq miqrasiyanın idarə edilməsi üzrə ilk hökumətlərarası səviyyədə razılaşdırılmış BMT sazişi olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın effektiv həyata keçirilməsi istiqamətində Üz Dövlətlərə göstərilən davamlı dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak etdiyini, habelə öllkəmizin həmsədr olduğu 4-cü dəyirmi masa çərçivəsində faydalı müzakirələrin aparıldığını vurğulayıb.

Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın uğurlu icrasına dair bir sıra müvəfəqiyyətli fəaliyyətlər həyata keçirdiyini, adıçəkilən sənədin icrasının dəstəklənməsi məqsədilə BMT tərəfindən yaradılan Miqrasiya Çox Tərəfli Etimad Fondu çərçivəsində əməkdaşlığın gücləndirilməsində, habelə Forumdan sonra da “Çempion ölkələr” təşəbbüsünü dəstəkləməkdə maraqlı olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulması regionda sülhü təmin etməklə yanaşı, bütün sahələrdə, o cümlədən miqrasiya sahəsində də yeni reallıqlar və imkanlar yaradıb.

BMT Baş Assambleyasının prezidenti cənab Abdulla Şahid son illər ərzində Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və Miqrasiya üzrə Qlobal Paktın icrası istiqamətində görülən işləri, habelə Beynəlxalq Miqrasiya İcmalı Forumunun təşkilində və keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Daha sonra Azərbaycanın milli və regional səviyyədə miqrasiya sahəsində gələcək fəaliyyətləri, habelə Azərbaycanda yaradılan və regionun 13 ölkəsini əhatə edən Miqrasiya üzrə Regional Təlim Mərkəzinin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Vüsal Hüseynov ilə BMT Baş Assambleyasının prezidenti görüşüb
Vüsal Hüseynov ilə BMT Baş Assambleyasının prezidenti görüşüb

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla