Valyuta məzənnəsi

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası

12:32, 20.05.22
azerbaycan, iqtisadiyyat
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası

Bu gün - mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

İclasda giriş sözü ilə çıxış edən komitə sədri Tahir Mirkişili gündəliyə 9 məsələnin daxil edildiyini bildirib.

Xeberpress.az xəbər verir ki, komitə sədri gündəliyin birinci məsələsi - "Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd edib ki, Ələt azad iqtisadi zonasında bir çox məsələlərin tənzimlənməsi ilə bağlı daha geniş baxışa ehtiyac var. Qanun layihəsi bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq. Həmçinin yerli sahibkarların rəqabətqabiliyyətliliyinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək. Belə ki, bir neçə dəyişikliyi özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir.

T.Mirkişili deyib ki, bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən hüquqi şəxslərin bütün vergilərdən azad olmasıdır. Dəyişikliyə görə, artıq iqtisadiyyatın əsas vergiödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla