Yükləmə gedir gözləyin...
Bu gün "Avroviziya-2022" mahnı müsabiqəsinin finalıdır
İtaliyanın Turin şəhərində bu gün "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı olacaq.
Xeberpress.az bildirir ki, bu gün İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı keçiriləcək.
Müsabiqədə Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə 15-ci sırada çıxacaq.
Azərbaycan təmsilçisi finaldan öncə imicində dəyişiklik edib.
Nadir saçlarını kəsdirib və yeni görüntüsünü İnstagram hesabında paylaşıb.
İfaçı videoya "dəyişikliyin gücünü xəfifə almayın" sözlərini yazıb.
Onun imicini bəyənənlərlə yanaşı saçını kəsdirdiyi üçün məyus olanlar da az olmayıb.
Finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək.
Oxşar xəbərlər: