Yükləmə gedir gözləyin...
Bakı-Quba yolunda qəza - 3 nəfər həlak olub
Bakı-Quba yolunda avtomobil yük maşınına çırpılıb, həyatını itirənlər var.
Avtomobil qəzası magistralın 68-ci kilometrliyində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb.
Xeberpress.az Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən verilən məlumata əsasən bildirir ki, qəzada 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər: