Valyuta məzənnəsi
Xəbər lentİ

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb

10:45, 12.05.22
azerbaycan, cemiyyet
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunmuşdur.

Xeberpress.az DİN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 92 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılmışdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla