Valyuta məzənnəsi
Xəbər lentİ

Erməni silahlıları Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

09:27, 12.05.22
azerbaycan, bolge
Erməni silahlıları Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcərin Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələrindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla