Valyuta məzənnəsi
Xəbər lentİ

Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə vəfat edib

10:43, 11.05.22
azerbaycan, cemiyyet
Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə vəfat edib

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri, tanınmış jurnalist Məzahir Süleymanzadə dünyasını dəyişib.

Məzahir Süleymanzadə 22 dekabr 1952-ci ildə Bakıda anadan olub. O, 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.

Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş Məzahir müəllim Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi
Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb.

«Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan «Səhər» qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatlarına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla