Valyuta məzənnəsi
Xəbər lentİ

Psixoloji söhbətlər vətəndaşı intihar fikrindən daşındırdı

11:35, 09.05.22
azerbaycan, hadise
Psixoloji söhbətlər vətəndaşı intihar fikrindən daşındırdı

Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Xeberpress.az HN-in məlumatına əsasən bildirir ki, Samux rayonunun Bağbanlar kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağında döşəmə 1 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunun Xıdırlı kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əsən güclü küləyin yaratdığı təhlükəli halların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalması və hər an ətrafdakı insanlar üçün təhlükə yaratması barədə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Xüsusi

Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını operativ olaraq götürərək təhlükəni aradan qaldırıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla