Yükləmə gedir gözləyin...
Co Baydenin xanımı Cill Baydenin Ukraynaya məxfi səfəri
ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden Ukraynaya məxfi səfər edib.
Ukraynaya gizli səfər edən Cill Bayden Ujqorod şəhərində Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.
TASS-ın məlumatında bildirilir ki, görüş mümkün qədər gizli saxlanılıb və mətbuat üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.
ABŞ-ın birinci xanımı və Y.Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər. Ukraynada cəmi 2 saat olan Cill Bayden Slovakiyaya gedib.
Qeyd edək ki, ABŞ-ın bir sıra media orqanları Cill Baydenin Ukraynaya səfərinə dair görüntüləri artıq yayıblar.
Oxşar xəbərlər: