Valyuta məzənnəsi
Xəbər lentİ

Əsgərin kitab rəfi aksiyasına qoşulun! - Müdafə Nazirliyi

12:17, 07.05.22
azerbaycan, medeniyyet
Əsgərin kitab rəfi aksiyasına qoşulun! - Müdafə Nazirliyi

MÜDAFİƏ NAZİRLİYİ “ƏSGƏRİN KİTAB RƏFİ” ADLI KİTAB TOPLAMA AKSİYASINI ELAN EDİR.

Xeberpress.az Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik.

Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.

KİV nümayəndələrinə aksiyaya dəstək olmaları üçün çağırış edir.

Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi - cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər.

Aksiya 01.09.2022-ci ilə dək davam edəcək.

Əlaqə nömrəsi: (+994 12 537 15 97)

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla