Valyuta məzənnəsi
Xəbər lentİ

FHN-in qüvvələri 3 nəfəri xilas etdi

11:33, 07.05.22
azerbaycan, hadise
FHN-in qüvvələri 3 nəfəri xilas etdi

FHN qüvvələri ötən sutka ərzində 26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xeberpress.az FHN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas olunub. Həmçinin, Gəncə şəhərində 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının və Bakı şəhərinin Nərimanov rayonunda 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla