Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət orqanında 91 vakant vəzifə üzrə müsahibə

10:45, 07.05.22
azerbaycan, medeniyyet
Dövlət orqanında 91 vakant vəzifə üzrə müsahibə

Azərbaycanda 18 dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.

Dövlət İmtahan Mərkəzindən Xeberpress.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 376 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:40-dək olan məlumata görə, 21 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ən yüksək müsabiqə müraciəti vəziyyəti Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafiq inkişaf məsələləri şöbəsi, İşçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) üzrə yaranıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla