Valyuta məzənnəsi
Xəbər lentİ

FHN-in Suqovuşan və Mingəçevirdə maarifləndirmə tədbirləri

13:21, 06.05.22
azerbaycan, bolge
FHN-in Suqovuşan və Mingəçevirdə maarifləndirmə tədbirləri

FHN Suqovuşan və Mingəçevirdə maarifləndirmə tədbirləri keçirib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.

Xeberpress.az FHN-dən verilən məlumata əsasən bildirir ki, Suqovuşan qəsəbəsində yerləşən su anbarında və Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kaneo üzrə “Prezident Kuboku” beynəlxalq reqatalarının keçirilməsi ilə əlaqədar adıçəkilən obyektlərin işçi heyətinə Xidmətin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyinə dair söhbət aparılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla