Valyuta məzənnəsi
Xəbər lentİ

Qalib hərbçilər diplom, kubok və medallarla mükafatlandırıldı

12:50, 06.05.22
azerbaycan, video
Qalib hərbçilər diplom, kubok və medallarla mükafatlandırıldı

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib.

Xeberpress.az Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.

Açılış mərasimindən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Qoşun növlərini və birləşmələri təmsil edən 10 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir.

Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla