Yükləmə gedir gözləyin...
Gəncə terroru zamanı xilas edilən qız xilaskarı ilə nişanlandı
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi baş tutub.
Xeberpress.az bildirir ki, nişan mərasimindən fotolar sosial şəbəkədə yayılıb.
Sevilin Talış adlı oğlanla ailə qurmağa hazırlaşdığı bildirilib. Məclisdə səbəbkarların yaxınları iştirak edib.
Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin nişanlandığı gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.
Xatırladırıq ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.
Oxşar xəbərlər: