Valyuta məzənnəsi
Xəbər lentİ

Mariupoldan 156 ukraynalı təxliyyə edildi - Volodimir Zelenski

10:43, 04.05.22
azerbaycan, dunya
Mariupoldan 156 ukraynalı təxliyyə edildi - Volodimir Zelenski

Volodimir Zelenski: Mariupoldakı "Azovstal"dan təxliyə əməliyyatımızın ilk nəticəsi uğurla nəticələndi.

Xeberpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 156 ukraynalının təxliyyə edilməsi ilə bağlı şəxsi Facebook səhifəsində məlumat yayıb.

Ukrayna Prezidenti qeyd edib:

"Axır ki, nəticəni əldə etdik, çoxdandır təşkil etdiyimiz Mariupoldakı Azovstaldan təxliyə əməliyyatımızın ilk nəticəsi. Bunun üçün çox səy, uzun danışıqlar və müxtəlif vasitəçiliklər lazım oldu. Bu gün 156 nəfər Zaporojiyə gəlib. Qadınlar və uşaqlar. Onlar iki aydan çoxdur ki, sığınacaqlardadırlar.
Sadəcə təsəvvür edin! Məsələn, bir uşaq altı aylıqdır, ikisi torpaq altında, bombalardan qaçan və bombalanan...

Nəhayət, bu insanlar tamamilə təhlükəsizdirlər. Onlara köməklik göstəriləcək."- deyə, V.Zelenski bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla