Yükləmə gedir gözləyin...
200-dən çox vətəndaşı aldadan şəxs saxlanıldı
Sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır, internet resurslarında ayıq-sayıq olmalarını xahiş edirik.
Xeberpress.az DİN-in mətbuat xidməti idarəsinin məlumatına əsasən bildirir ki, dövlət qurumları adından elan saytlarına mövcud olmayan vakansiyalar yerləşdirən şəxs saxlanılıb.
Həmin şəxsin 200-dən arıtq vətəndaşa qarşı dələduzluq edərək aldatdığı məlum olub.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Oxşar xəbərlər: