Valyuta məzənnəsi
Xəbər lentİ

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanılıb - DİN

12:36, 21.04.22
azerbaycan, hadise
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanılıb - DİN

Daxili İşlər Nazirliyi (DİN) aprelin 20-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Xeberpress.az DİN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 71 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər həlak olub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla