Valyuta məzənnəsi

66 şübhəli şəxs saxlanılıb

12:49, 09.04.22
azerbaycan, cemiyyet
66 şübhəli şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 8-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Xeberpress.az DİN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 71 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla