Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

"Siçan leşi donun ətəyində idi" - "Zara" məhkəməyə verildi

11:31, 15.11.16
azerbaycan, hadise
"Siçan leşi donun ətəyində idi" - "Zara" məhkəməyə verildi

"Paltarı evə gətirib geyinəndə pis qoxu hiss etdim. Paltar leş iyi verirdi. Əvvəl fikir vermədim o iyə".

Xeberpress.az New York Daily News-a istinadən bildirir ki, Nyu-York sakini Kayli Fisel "Zara" şirkətini məhkəməyə verib. Onun dediyinə görə, Konnektikut ştatındakı Qrinviç şəhərində yerləşən "Zara" dükanından aldığı donun içindən siçan leşi çıxıb.

"O paltarı avqustda almışdım. Geyindim, amma paltarı geyinəndən sonra qaşınmağa başladım. İşə yollandım. Çox pis qoxu verirdim. Düşündüm ki, masa arxasından durub gəzişsəm, qoxu azalar. Amma qoxu azalmadı. Sonra donun ətəyinin bir tərəfinin sallandığını gördüm. Fikir vermədim. Bədənim səpdi. Daha sonra o donu dolabda bir kənəra qoymuşdum. Dolabın da pis qoxumağa başladığını görəndə paltarı çıxarıb nəzərdən keçirdim. Astarla üzlük parçanın arasında siçan leşini görəndə dəhşətə gəldim. Siçan leşi donun ətəyində idi", - Kayli Sifesl söyləyib.

Onun sözlərinə görə, həkim müayinəsindən keçib. Həkimlər onun vücudundakı güclü qaşınmanın və bədənindəki səpkilərin səbəbinin həmin siçan leşi olduğunu deyiblər.

"Zara"nın ABŞ-dakı nümayəndəliyi olaydan xəbərdar olduqlarını və "məsələnin araşdırıldığını" bəyan ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla