Valyuta məzənnəsi
Xəbər lentİ

"Qarabağ" komandası "Marsel"ə uduzdu - "Çox yaxşı oyun göstərdik" - Qurban Qurbanov

09:27, 18.02.22
azerbaycan, idman
"Qarabağ" komandası "Marsel"ə uduzdu - "Çox yaxşı oyun göstərdik" - Qurban Qurbanov

Bəlkə də bu elemetlərə görə uduzduq, amma komandamın oyunundan tam razı qaldım.

Xeberpress.az bildirir ki, bunu "Qarabağ"ın Baş məşqçisi Qurban Qurbanov deyib.

"Qarabağ" FK-nın Baş məşqçisi Qurban Qurbanovun "Marsel" ilə oyundan sonra mətbuat konfransında fikirləri:

"Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq. Dünən də bildirmişdim ki, "Marsel"in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik. Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik".

***

"Qarabağ" FK "Marsel" komandasına uduzub.

Xeberpress.az bildirir ki, fevralın 17-də UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Marsel" - "Qarabağ" oyunu 3:1 hesabı ilə başa çatıb.

"Velodrom" stadionunda oynanılan qarşılaşmanın 41-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Arkadiuş Milik hesabı açıb.

Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla imza atıb. Lakin Ağdam təmsilçiləri 85-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb.

Kadi Borges komandasının ilk qolunu vurub. Cəmi 7 dəqiqə sonra Dimitri Payet oyunda son nöqtəni qoyub - 3:1.

Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edib.

Ağdam təmsilçisinin heyətində Luka Quqeşaşvili, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina meydana çıxıblar.

"Marsel"in ilk onbirliyində isə Stiv Mandanda, Alvaro Qonsales, Babakar Kamara, Leonardo Balyerdi, Jerson, Arkadiuş Milik, Luan Peres, Cengiz Ünder, Konrad de la Fuente, Pap Quye və Pol Lirola yer alıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla