Valyuta məzənnəsi
Xəbər lentİ

Ərdoğan Aİ-dən gələn sanksiya açıqlamasına sərt reaksiya verib

09:07, 15.11.16
azerbaycan, dunya
Ərdoğan Aİ-dən gələn sanksiya açıqlamasına sərt reaksiya verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi cəbhəsindən gələn sanksiya açıqlamasına sərt reaksiya verib.

Xeberpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan həmçinin Aİ-yə danışıqlar məsələsində də il sonuna qədər vaxt verib.

Prezident Avropadan gələn edam açıqlamalarına qarşı “Kimsən axı? Sən nə vaxtdan Türkiyənin əvəzinə qərar vermə səlahiyyətinə sahib oldun? 53 ildir Avropa Birliyinə qəbul etmədiyiniz Türkiyə haqqında necə olur ki, belə bir qərar verməyi düşünə bilirsiniz? Sən hələ Türkiyəni tanımamısan”,- deyə bildirib.

Türkiyə lideri qeyd edib ki, əgər parlament ölüm hökmünün tətbiq edilməsi barədə qərar qəbul etsə, o bunu dəstəkləyəcək.

Ərdoğan ölkəsinin Aİ-yə üzvlük prosesinin də çox uzadıldığına diqqət çəkib.

“Türkiyəni Aİ ilə hədələyirsiniz. Siz gecikmisiniz, qərarınızı verin artıq. Baxın Baş Nazir burada, nazirlər burada. Məndə Prezident olaraq deyirəm ki, ilin sonuna qədər gözləyək. Ondan sonra xalqa (referendum-red) müraciət edəcəyik”, - deyə Ankatada çıxış edən Ərdoğan vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla