Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Sahil Babayev Boks Federasiyasının prezidenti seçildi

14:31, 09.02.22
azerbaycan, idman
Nazir Sahil Babayev Boks Federasiyasının prezidenti seçildi

Bu gün - fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Xeberpress.az nazirliyin mətbuat xidmətinin məlumatına görə bildirir ki, Gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.

Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə idarə heyətinin üzvü seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. O, idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin diqqətə alınacağını vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla